Azərbaycanda "Ümid" yatağında qazma işlərinə başlanılıb

Energetika
  • 04 iyun, 2015
  • 06:56
Azərbaycanda Ümid yatağında qazma işlərinə başlanılıb

Bakı. 4 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında qazma işləri artıq başlayıb və ilkin olaraq 300 metr hissə qazılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. 

SOCAR rəsmisinin sözlərinə görə, yeni tikilən qazma qurğusu ilk olaraq "Total" şirkətinin istifadəsinə veriləcək: "Biz qərara gəldik ki, bu qurğunu ilk olaraq "Abşeron" yatağında istifadə etmək üçün "Total"a verək. Qurğu 2017-ci ilin I rübündə hazır olacaq. Çox güman ki, 2018-ci ildə "Total" bu qurğudan istifadəyə başlayacaq".

X.Yusifzadə "Abşeron"da illik hasilatın qazılacaq quyuların sayından asılı olacağını açıqlayıb: "İllik hasilatı indidən demək olmaz. Bu, qazılan quyuların sayından asılıdır. Biz yalnız ehtiyatlar haqqında proqnoz verə bilərik".

44 - Tezliklə