Azərbaycanda nüvə proqramının dinc məqsədlərlə inkişafı istiqamətində işlər gedir

Azərbaycanda nüvə proqramının dinc məqsədlərlə inkişafı istiqamətində işlər gedir Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramının hazırlanmasına başlanılıb.
Energetika
3 mart 2025 16:48
Azərbaycanda nüvə proqramının dinc məqsədlərlə inkişafı istiqamətində işlər gedir
Elnur Soltanov

Azərbaycanda nüvə proqramının dinc məqsədlərlə inkişafı istiqamətində işlər gedir.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, dünyada əsasən uran reaktorları geniş yayılıb: "Bunun səbəbi bəzi güclərin uranın alternativ məqsədlər üçün istifadəsini mümkün hesab etməsidir. Hazırda dünyada demək olar ki, torium reaktorları mövcud deyil. Azərbaycanda nüvə proqramının dinc məqsədlərlə inkişafı istiqamətində işlər gedir”.

Qeyd edək ki, Çin 2030-cu ildən sonra quracağı torium reaktorlarını kommersiya məqsədləri üçün işlətməyi planlaşdırır və onların 100 meqavat və ya daha çox istehsal etməyi hədəfləyir: “Çinin torium yataqları ölkənin gələcək 20 min il ərzində enerji ehtiyacını ödəmək üçün kifayət edir”.

Son xəbərlər

Orphus sistemi