Azərbaycanda ötən il enerji təchizatı üzrə 5,25 min müraciət araşdırılıb
- 15 fevral, 2022
- 12:21
2021-ci ildə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) bilavasitə istehlakçılardan, Energetika Nazirliyindən və digər qurumlardan daxil olmuş elektrik enerjisi təchizatı üzrə 5 251 şikayəti mahiyyəti üzrə araşdırıb.
Bu barədə "Report"a Agentlikdən bildirilib.
Məlumata görə, həmin araşdırmalar nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlər görülüb
Araşdırma zamanı müəyyən edilib ki, həmin şikayətlərin əksəriyyəti aşağıdakı pozuntularla bağlı olub:
- xəbərdarlıq edilmədən qanunsuz olaraq elektrik enerjisinin dayandırılması;
- gərginliyin normadan aşağı olması;
- iddia müddəti keçmiş borcların istehlakçılardan tələb olunması;
- tərtib olunmuş aktlara görə yenidən hesablaşmaların düzgün aparılmaması;
- elektrik enerjisinin təchizatında fasilələrin yaranması;
- istehlakçıların elektrik şəbəkəsinə qoşulması zamanı enerji təchizatı müəssisəsi tərəfindən mövcud qaydaların tələblərinə əməl olunmaması.