Yuxarı
    Bağlamaq

    Azərbaycanda ötən il əmtəəlik qaz hasilatı 18,7 mlrd. kubmetr olub

    Qaz hasilatı 29,3 mlrd. kubmetr təşkil edib

    Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı ildə 41 029,5 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 40 977,5 min tonu əmtəəlik xam neft olub. Neft hasilatı əvvəlki illə müqayisədə 1,4% azalıb.

    Azərbaycanda ötən il 29 331,3 mln. kubmetr qaz hasil olunub ki, onun da 18 714,7 mln. kubmetrini əmtəəlik qaz təşkil edib.

    Ümumiyyətlə, ötən il ölkədə qaz hasilatı 0,6%, əmtəəlik qaz hasilatı isə 3,9% azalıb. Bu il yanvarın 1-i vəziyyətinə 410,2 min ton xam neft, 1,167 mlrd. kubmetr qaz ehtiyatı yaranıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi