Azərbaycanda hava şəraiti ilə əlaqədar elektrik enerjisi istehlakı 5% artıb

Azərbaycanda hava şəraiti ilə əlaqədar elektrik enerjisi istehlakı 5% artıb T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum abonentlərin elektrik enerjisinə artan tələbatını tam ödəyə bilib
Energetika
1 Fevral , 2017 17:40
Azərbaycanda hava şəraiti ilə əlaqədar elektrik enerjisi istehlakı 5% artıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda havanın qarlı-şaxtalı keçməsi səbəbindən abonentlərin gündəlik istehlak etdiyi elektrik enerjisinin həcmi 5,17% artıb. Bunu Report“a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum abonentlərin elektrik enerjisinə artan tələbatını tam ödəyir: “Adi günlərdə elektrik enerjisinə olan gündəlik tələbat 58 mln. kVt/saat olurdusa, bu gün həmin rəqəm 3 mln. kVt/saat yaxud 5% artaraq 61 mln. kVt/saata çatıb”.

Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı isə “Report”a açıqlamasında energetika sisteminin dispetçer qrafikinə uyğun işlədiyini deyib: “Qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı, ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində baza iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji”nin sturukturuna daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib. Elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilən iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb, onlar müvafiq nəqliyyat vasitələri ilə təmin edilib”.

Son xəbərlər

Orphus sistemi