Azərbaycanda günəş enerjisinin istehsalı 13 %-dən çox artıb
- 16 avqust, 2025
- 16:09
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda enerjisi ilə işləyən stansiyalar 334,2 milyon kVt/saat günəş enerjisi istehsal edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 7 ayının göstəriciləri ilə müqayisədə 13,1 % çoxdur.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 milyard 639,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Bunun 15 milyard 109,9 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2,6 % çoxdur.
Bunun 2 milyard 079,6 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 12,5 % çoxdur.
Bunun 12 milyard 668,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2024-cü ilin 7 ayının göstəriciləri ilə müqayisədə 0,9 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 27,5 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2024-cü ilin 7 ayının göstəriciləri ilə müqayisədə 18,6 % azdır.