Azərbaycanda fəaliyyət göstərən neft şirkəti müflis olub

Energetika
  • 23 noyabr, 2021
  • 05:32
Azərbaycanda fəaliyyət göstərən neft şirkəti müflis olub

Dekabrın 7, saat 10:00-da “Aran Oil Operating Company Limited” şirkətinin səhmdarlarının yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Britaniya, Vircin Adaları, Nibbs küçəsi, Road Town, Tortola VG 1110 (Tropic İsle Building, 2-ci mərtəbə) ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin təsviyyə komissiyyasının təyin edilməsi haqqında qərar daxil edilə bilər.

Qeyd edək ki, “Baker Tilly” şirkətinin əməkdaşı John J. Greenwood şirkətin üzvlərinin 16 noyabr 2021-ci il tarixli əsaslandırılmış qərarı ilə “Aran Oil Operating Company Limited” şirkətinin təsviyyəçisi təyin edilib.

Xatırladaq ki, “Aran Oil Operating Company Limited” şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Andrea Cattaneodur.

Qeyd edək ki, “Aran Oil Operating Company Limited” Kanadanın "Zenith Energy Ltd." şirkəti ilə SOCAR-ın Azərbaycanın quruda yerləşən “Muradxanlı-Zərdab-Cəfərli” yataqlar bloku üzrə yaradılan əməliyyat şirkətidir. Ötən il “Zenith” Azərbaycanda neft hasilatını dayandırıb və hasilatla məşğul olan təxminən 170 nəfərlik işçi heyəti SOCAR-ın tərkibinə keçib.

"Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku üzrə Müqavilə Reabilitasiya Sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinə təhvilvermə prosesidə artıq yekunlaşıb.

"Zenith" və SOCAR arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı ilin martın 16-da imzalanıb. Sazişdə “Zenith” şirkəti 80 %-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20 %-lik iştirak paya malik idr. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti