Azərbaycanda elektrik közərmə lampaları ilə bağlı qadağa qüvvəyə minib
Energetika
- 01 may, 2025
- 16:15
Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək.
Son xəbərlər
03:55
Çadda lokal qarşıdurmada 40-dan çox şəxs həlak olub
Digər ölkələr03:11
Mali müdafiə nazirinin ölümünü rəsmən təsdiqləyib
Digər ölkələr02:35
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
Region02:06
Naxçıvanda avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə01:37
Foto
Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Mədəniyyət siyasəti01:11
Foto
Kərkükdə baş verən zəncirvari qəzada altı nəfər ölüb, 27 nəfər xəsarət alıb
Digər ölkələr00:52
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
Region00:26
Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
Fərdi23:49