Azərbaycanda elektrik enerjisinin istehsalı 8% artıb
- 21 dekabr, 2021
- 06:04
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 25 264,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 843,4 milyon kVt/saat və yaxud təxminən 8% çoxdur.
Son 1 ildə ölkədəki İES-lərdə istehsal 1 6720 milyon kVt/saat artaraq 23 764,2 milyon kVt/saat, SES-lərdə istehsal 180,4 milyon kVt/saat artaraq 1 193,5 milyon kVt/saat, digər mənbələrdə (KES, GES və BMTYZ) istehsal isə 9 milyon kVt/saat azalaraq 307,1 milyon kVt/saat olub. O cümlədən KES-lərdə 82,7 milyon kVt/saat, GES-lərdə 51,9 milyon kVt/saat, BMTYZ-də (Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda) isə 172,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
11 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 686,5 milyon kVt/saat (İES-lərdə 21632,8 milyon kVt/saat, SES-lərdə 1053,7 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 418,0 milyon kVt/saat (İES-lərdə 243,4 milyon kVt/saat, SES-lərdə 126,5 milyon kVt/saat, GES-də 48,1 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 60,3 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 2100,0 milyon kVt/saat təşkil edib.