Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Energetika
4 aprel 2025 15:49
Azərbaycan və Moldova bərpa olunan enerji üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycanla Moldova arasında bərpa olunan enerji sahəsində layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, müzakirələr Moldovanın energetika naziri Dorin Junqetu ilə keçirdiyi görüşdə baş tutub: "Görüş zamanı ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti müzakirə edilib”.

*** 

Nazirliyin bununla bağlı yaydığı məlumatda deyilir ki, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər istiqamətlərdə mövcud potensial müzakirə olunub. 

Orphus sistemi