Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib P. Şahbazov vurğulayıb ki, energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür.
Energetika
27 İyul , 2023 16:41
Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə görüşündən sonra özünün tviter hesabında yazıb.

Nazir bildirib ki, Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə həmçinin enerji sahəsində çoxtərəfli və ikitərəfli əlaqələr barədə əməkdaşlıq da müzakirə edilib.

P. Şahbazov vurğulayıb ki, energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür.

Son xəbərlər

Orphus sistemi