Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azerbaijan") arasında onlayn görüş keçirilib
Energetika
23 Fevral , 2021 10:42
Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azerbaijan") arasında onlayn görüş keçirilib.

Bu barədə “Report”a AERA-dan məlumat verilib.

Məlumata görə, görüşdə həmçinin Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi (BMWi) və neft və qaz sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Azərbaycanda enerji tənzimləmə sahəsinin inkişafı istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib, bərpa olunan enerji, neft və qaz sahəsində mövcud və planlaşdırılan mühüm layihələrdən danışıb. O, həmçinin, müvafiq sahədə Almaniya və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

"AHK Azerbaijan"ın İcraçı direktoru Tobias Baumann Azərbaycanda biznesin qurulması üzrə əsas şərtlər və investisiya mühiti barədə məlumat verib, eləcə də iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb.

Daha sonra neft və qaz sahələri ilə məşğul olan alman şirkətlərinin təmsilçiləri öz məhsul və xidmətləri haqqında təqdimatlar etdilər və onların inkişaf trendləri, ən son istiqamətlər, tenderlər və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi