Azərbaycan təbii qaz ixracını 14 % artırıb
Energetika
- 21 dekabr, 2020
- 10:45
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 12 mlrd kubmetr təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 % çoxdur.
Bu ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 % çox, yəni 10 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.
Son xəbərlər
10:37
Muxtar Babayev: "Aqrar sahənin iqlim risklərinə uyğunlaşdırılması üzrə proqramlar hazırlanır"
İnfrastruktur10:36
UN-Habitat Azərbaycanda su risklərinin azaldılması istiqamətində layihələr reallaşdırır
Ekologiya10:35
Azərbaycan XİN Şimali Makedoniya və Andorranı Milli Gün münasibətilə təbrik edib
Xarici siyasət10:34
Nazir: "Kənd təsərrüfatının daha sürətli, ağıllı və dayanıqlı transformasiyası zərurətə çevrilib"
ASK10:30
Muxtar Babayev: "İqlim dəyişiklikləri aqrar sahədə məhsuldarlığa təzyiqi artırır"
ASK10:29
Küləkli hava şəraiti ilə əlaqədar 4 nəfər xəsarət alıb
Hadisə10:27
Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
Komanda10:26
Səudiyyə Ərəbistanında enerji obyektləri hücumlara məruz qalıb, xəsarət alanlar var
Digər ölkələr10:24