Azərbaycan Səudiyyə Ərəbistanından kerosin tədarük etməyə başlayıb

Energetika
  • 21 yanvar, 2025
  • 11:33
Azərbaycan Səudiyyə Ərəbistanından kerosin tədarük etməyə başlayıb

Ötən ilin yanvar-noyabr ayında Azərbaycana 19,21 milyon ABŞ dolları dəyərində 21 min 842 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 21 % azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 8,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 15 198 ton (+72 %), Belçikadan 6,95 milyon ABŞ dolları dəyərində (-15 %) 4 min 441 ton (-14 %), Sinqapurdan 2,12 milyon ABŞ dolları dəyərində 1 min 497 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanından 870 min ABŞ dolları dəyərində 489 ton, Türkiyədən 241 min ABŞ dolları dəyərində (-95 %) 153 ton (-94 %) məhsul alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 28 min 397 ton kerosinin 62,6 %-i Türkmənistanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti