Azərbaycanın sentyabrda xam neft hasilatı 586,2 min barel olub

Azərbaycanın sentyabrda xam neft hasilatı 586,2 min barel olub Azərbaycanda sentyabr ayında gündəlik xam neft hasilatı 586,2 min barel olub.
Energetika
22 Oktyabr , 2021 12:41
Azərbaycanın sentyabrda xam neft hasilatı 586,2 min barel olub

Azərbaycanda sentyabr ayında gündəlik xam neft hasilatı 586,2 min barel olub.

Bu barədə "Report" Energetika Nazirliyinə istinadən məlumat verib.

"2021-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 703,1 min barel olub. Bunun 586,2 min barelini xam neft, 116,9 min barelini isə kondensat təşkil edib", - məlumatda deyilir.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycan hər ay gündəlik neft hasialtını 7 min barel artıra bilər.

Bununla da sentyabrda gündəlik xam neft hasilatının avqust ayına nisbətən 7 min barel artırılmaqla 633 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

“OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 milyon barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 4-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında Azərbaycan gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edilmiş qərara öz dəstəyini ifadə edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi