Azərbaycan Rumıniyaya neft ixracını 45 %-dən çox artırıb

Energetika
  • 21 may, 2025
  • 15:57
Azərbaycan Rumıniyaya neft ixracını 45 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Rumıniyaya 500 min 350,6 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 280 milyon 129,1 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İxrac olunmuş məhsulun həcmi 45,3 %, dəyəri isə 32 % artıb.

4 ay ərzində Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 6,1 % olub.

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,5 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bunun dəyəri 4 milyard 562 milyon 682,5 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.