Azərbaycan Rumıniya ilə müxtəlif marşrutlar üzrə qaz təchizatını müzakirə edib

Azərbaycan Rumıniya ilə müxtəlif marşrutlar üzrə qaz təchizatını müzakirə edib Azərbaycan və Rumıniya müxtəlif marşrutlar üzrə qaz təchizatı və nəqli məsələlərini müzakirə edib.
Energetika
1 Mart , 2024 17:36
Azərbaycan Rumıniya ilə müxtəlif marşrutlar üzrə qaz təchizatını müzakirə edib

Azərbaycan və Rumıniya müxtəlif marşrutlar üzrə qaz təchizatı və nəqli məsələlərini müzakirə edib.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf Rumıniyanın energetika naziri Sebastian Burduja ilə Bakıda keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olunub.

Bu xüsusda ötən ilin aprelində Sofiyada SOCAR, “Transgaz” (Rumıniya), “Bulgartransgaz” (Bolqarıstan), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasının “Həmrəylik halqası” təşəbbüsünün reallaşması istiqamətində atılan mühüm addım olduğu bildirilib.

Tərəflər, həmçinin SOCAR-ın Rumıniya bazarında fəaliyyəti, enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi