Yuxarı

Azərbaycan qaz ixracını 6% artırıb

İxrac olunan qazın dəyər ifadəsində həcmi isə illik müqayisədə 33% artıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1,699 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

"Report" xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 5,5% çoxdur.

Hesabat aylarında ixrac olunmuş qazın gömrük bəyannamələri əsasında həcmi 301,023 mln. kubmetr təşkil edib. Bu həcmdə qazın məbləği isə 44,777 mln. dollar olub. İxrac olunan qazın məbləği ötən ilin müvafiq dövründən 33% artıqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi