Azərbaycan polipropilen ixracından qazancını 13 %-ə yaxın artırıb

Energetika
  • 18 avqust, 2025
  • 16:11
Azərbaycan polipropilen ixracından qazancını 13 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 33 min 709,13 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 39 milyon 305,72 min ABŞ dolları təşkil edib.

Bunlar, 2024-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 % və 12,6 % çoxdur.

Hesabat dövründə polipropilen qeyri-neft sektoru üzrə ixracda payı 1,88 % olub. Hesabat dövründə ilkin formalarda polipropilen ölkənin ümumi ixracdakı payı 0,26 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti