Azərbaycan polietilen ixracını təqribən 52 % artırıb

Energetika
  • 16 iyun, 2023
  • 10:25
Azərbaycan polietilen ixracını təqribən 52 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 66 min 488,46 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 68 milyon 621,64 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 51,7 % 10,2 % çoxdur.

Polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,68 %, ölkənin ümumi ixracındakı payı isə 0,43 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti