Azərbaycan polietilen ixracından gəlirini 34% artırıb

Energetika
  • 18 aprel, 2022
  • 12:07
Azərbaycan polietilen ixracından gəlirini 34% artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 34 min 202,75 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 47,236 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3 % 34,4 % çoxdur.

2022-ci ilin yanvar-mart ayları ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,5 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı isə 0,6 % olub.

Azərbaycanda polietilen və polipropileni Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - "SOCAR Polymer" MMC istehsal edir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.