Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Azərbaycan neftinin qiyməti 100 dolları keçib ​​​​​​​Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 2,66 % artaraq 100,87 ABŞ dolları təşkil edib
Energetika
5 Noyabr , 2022 10:19
Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları, yaxud 2,66 % artaraq 100,87 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 94,67 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Son xəbərlər

Orphus sistemi