Azərbaycan neftinin İordaniyaya ixrac perspektivləri müzakirə olunub

Azərbaycan neftinin İordaniyaya ixrac perspektivləri müzakirə olunub İki ölkə arasında biznes şurasının yaradılması üçün işlərin sürtələndirilməsi barədə razılığa gəlinib
Energetika
21 Fevral , 2018 10:26
Azərbaycan neftinin İordaniyaya ixrac perspektivləri müzakirə olunub

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycandan İordaniyaya neft ixrac oluna bilər.

“Report” “Petra” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Əmmanda keçirilən Azərbaycan-İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında qeyd olunub.

Görüşdə Azərbaycan şirkətlərinin İordaniyada kəşfiyyat əməliyyatlarına investisiya qoymasının təşviqinə, neft və mayeləşdirilmiş təbii qazın nəqli imkanlarına toxunulub.

İclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya tərəfdən həmsədri, bu ölkənin sənaye, ticarət və təchizat naziri Yarub Qudah ticarət və investisiya sahəsində əməkdaşlıq ediləcəyini və məqsədlərə çatmaq üçün lazım olan hər cür səylərin göstəriləcəyini qeyd ediblər.

İclasda Ş.Mustafayev İordaniya-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, bu cür görüşlər əməkdaşlığın inkişafı yollarını müzakirə etmək üçün vacibdir və ticarət, biznes əlaqələrində hər hansı məhdudiyyətlərin birgə aradan qaldırılmasına imkan yaradır.

Toplantıda İordaniya-Azərbaycan arasında biznes şurasının yaradılması üçün işlərin sürətləndirilməsi, iş adamları üçün səyahət porsedurlarının sadələşdirilməsi, mövcud imkanlardan istifadə üçün biznes və investisiya məlumatlar mübadiləsi aparılması barədə razılığa gəlinib. İnformasiya mübadiləsi gömrük, sənaye və inkişaf zonalarının yaradılması daxil olmaqla, bir neçə sahəni əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi