Azərbaycan nefti yenidən bahalaşıb
Energetika
- 05 mart, 2022
- 06:12
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,52 % artaraq 118,78 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 118,11 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
07:24
Tramp Si Cinpinlə görüşdə ticarət və süni intellekt məsələlərini müzakirə edəcək
Digər ölkələr06:56
Bolqarıstan 90 milyon dollarlıq korrupsiya şübhələri fonunda BƏƏ-dəki səfirini geri çağırıb
Digər ölkələr06:19
Dövlət Departamenti Ukraynaya HHM vasitələri və sursatların mümkün satışını təsdiqləyib
Digər ölkələr05:45
Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır
Digər ölkələr05:17
Nadir irsi mutasiya ağciyər xərçəngi riskini 62 dəfə artıra bilər
Sağlamlıq04:48
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
Digər ölkələr04:25
Rubio Danimarka ilə Qrenlandiya üzrə razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr03:52
"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub
İKT03:12