Azərbaycan nefti 4 dollaradək ucuzlaşıb
Energetika
- 22 iyul, 2022
- 06:24
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,65 ABŞ dolları, yaxud 3,03 % azalaraq 116,88 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 103,86 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
11:00
BƏƏ-dən gələn iki nəfərdən 655 karata yaxın brilyant qaşlar aşkar edilib
Biznes11:00
Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək
Digər ölkələr10:59
Liviya minatəmizləmə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaqda maraqlıdır
Xarici siyasət10:53
Aİ səfiri: Minatəmizləmə insanların normal həyata qayıtması üçün zəruridir
Digər ölkələr10:53
Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək
Biznes10:52
Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir
Xarici siyasət10:39
Frankulinu Cu "Trabzonspor" tarixinin ən bahalı transferi olub
Futbol10:38
DSMF: 8 ayda sığortaolunanların sayı 104 min nəfərdən çox artıb
Maliyyə10:38