Azərbaycan nefti 3 % ucuzlaşıb
Energetika
- 16 iyun, 2022
- 05:19
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,93 ABŞ dolları, yaxud 2,95 % azalaraq 129,41 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,04 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
20:01
Girne sahillərində gəminin batması ilə bağlı 8 nəfər saxlanılıb
Region19:59
Fransanın "Zero Logement Vacant" platformasına haker hücumu olub
Digər ölkələr19:40
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Cəmiyyət19:37
Bakıda leysan yağacaq, ayrı-ayrı rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək
Hadisə19:34
Tramp ABŞ mediasını sosioloji sorğuların nəticələrini təhrif etməkdə ittiham edib
Digər ölkələr19:21
Tramp: Venesuela nefti ABŞ-nin strateji ehtiyatlarını doldurmağa kömək edəcək
Digər ölkələr19:10
Nyu-Cersidə baş verən atışma zamanı iki nəfər ölüb
Digər ölkələr19:00
Nepal və Çində daşqın qurbanlarının sayı 800-ü keçib - YENİLƏNİB-2
Digər ölkələr18:45