Azərbaycan neft emalını təqribən 9 % artırıb

Energetika
  • 11 avqust, 2023
  • 11:07
Azərbaycan neft emalını təqribən 9 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 3,7 milyon ton neft emal edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, neftin emalı 2022-ci ilin müvafiq dövrünə nisbətən 300 min ton və ya 8,82 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti