Azərbaycan metanol istehsalını 19 %-dən çox artırıb

Azərbaycan metanol istehsalını 19 %-dən çox artırıb Bu ilin dekabrın 1-nə 7,3 min ton hazır məhsul istehsalı yaranıb
Energetika
16 Dekabr , 2020 14:26
Azərbaycan metanol istehsalını 19 %-dən çox artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 439,9 min ton həcmində metanol (metil spirti) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin 11 ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 19,1 % çox olub.

Bu ilin dekabrın 1-nə 7,3 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi