Azərbaycan metanol istehsalını 17 %-ə yaxın artırıb

Energetika
  • 15 iyul, 2024
  • 10:43
Azərbaycan metanol istehsalını 17 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 250,3 min ton həcmində metanol (metil spirit) istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin ilk yarım ilinin göstəricisi ilə müqayisədə 16,6 % çoxdur.

Bu il iyulun 1-nə 19,1 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti