Azərbaycan metanol istehsalını 14%-dən çox artırıb

Azərbaycan metanol istehsalını 14%-dən çox artırıb Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 411,7 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
Energetika
17 Noyabr , 2020 14:58
Azərbaycan metanol istehsalını 14%-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 411,7 min ton metanol (metil spirti) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.

Bu ilin noyabrın 1-nə ölkədə 10 min ton hazır məhsul istehsalı yaranıb.

Metanol Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2003-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi