Azərbaycan iyulda polietilen ixracından gəlirini 19 % artırıb

Energetika
  • 31 avqust, 2022
  • 13:35
Azərbaycan iyulda polietilen ixracından gəlirini 19 % artırıb

Bu ilin iyul ayında Azərbaycan 11,1 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 1,8 milyon ABŞ dolalrı və ya 19,3 % çoxdur.

2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan 32 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 7 aylıq göstərəciləri ilə müqayisədə 0,1 milyon ABŞ dolları və ya 0,3 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.

Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.