Azərbaycan xam neft hasilatını artıracaq

Azərbaycan xam neft hasilatını artıracaq Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.
Energetika
1 İyun , 2021 20:47
Azərbaycan xam neft hasilatını artıracaq
Pərviz Şahbazov

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən iclasda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 mln. barrel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi