Azərbaycan İtaliyaya neft ixracını 50 %-ə yaxın artırıb
- 19 avqust, 2025
- 10:51
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İtaliyaya 8 milyon 431 min 427,82 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 4 milyard 424 milyon 208,27 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 48,7 %, dəyəri isə 22,9 % artıb.
Ötən 7 ay ərzində Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 58,27 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 470 min 571,55 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 660 milyon 230,09 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb.