Azərbaycan İtaliya şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

Azərbaycan İtaliya şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.
Energetika
2 İyul , 2024 09:37
Azərbaycan İtaliya şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib. Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Aparıcı enerji şirkətləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən və Avropanı Afrika ilə əlaqələndirən genişmiqyaslı bərpa olunan enerji layihələri, bu “yaşıl mollekul”ların xalis sıfıra nail olunmasında rolundan danışılıb. “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri layihələrinin həyata keçirilməsi və hidrogen istehsalı-ixracı planları kontekstində şirkətin elektrik təbii qazı üzrə ölkəmizlə əməkdaşlığa marağı ifadə edilib.

Son xəbərlər

Orphus sistemi