Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib ​​​​​​​Azərbaycan və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
Energetika
3 iyun 2025 17:21
Azərbaycan İtaliya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Mikayıl Cabbarovun şirkətin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.

"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi