"Azərbaycan İstilik Elektrik Stansiyası"nın xalis zərəri kəskin azalıb

"Azərbaycan İstilik Elektrik Stansiyası"nın xalis zərəri kəskin azalıb “Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2020-ci ili 5,283 milyon manat xalis zərərlə başa vurub.
Energetika
16 İyun , 2021 12:58
Azərbaycan İstilik Elektrik Stansiyasının xalis zərəri kəskin azalıb

“Azərenerji” ASC-yə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC 2020-ci ili 5,283 milyon manat xalis zərərlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2019-cu illə müqayisədə 97,3% azdır.

Ötən il “Azərbaycan İstilik Elektrik Stansiyası”nın elektrik enerjisi satışından gəlirləri 255,552 milyon manat (əvvəlki ilə nisbətən 9% az), yanacaq xərcləri 167,132 milyon manat (16,45% az), köhnəlmə xərcləri 38,682 milyon manat (20,9% çox), təmir və texniki xidmət xərcləri 17,385 milyon manat (29,65% az), işçi heyətinin saxlanılması xərcləri 7,656 milyon manat (8,8% çox), xammal və material xərcləri 6,601 milyon manat (4,35% çox), maliyyə xərcləri 911 min manat (64,8% az), digər xərcləri 14,877 milyon manat (7 dəfə çox), mənfəət vergisi ödəmələri 4,493 milyon manat (3,3 dəfə çox), digər vergi ödəmələri isə 3,098 milyon manat (26,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın aktivləri 655,140 milyon manat olub ki, bu da illik müqayisədə 18,4% çoxdur. Hesabat dövründə Stansiyanın öhdəlikləri 4,1% azalaraq 190,725 milyon manata düşüb, balans kapitalı isə 31 % artaraq 464,415 milyon manata çatıb.

Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” kommersiya qurumu kimi 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,108 milyon manatdır.

Son xəbərlər

Orphus sistemi