Azərbaycan İrlandiyaya neft ixracını 3 dəfə artırıb

Energetika
  • 26 iyul, 2023
  • 09:42
Azərbaycan İrlandiyaya neft ixracını 3 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İrlandiyaya 542 min 186,26 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 316 milyon 188,04 min ABŞ dolları təşkil edib.

Bu ilin ilk yarım ilində Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 3,1 dəfə, dəyəri isə 2,6 dəfə çoxdur.

Azərbaycandan İrlandiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,23 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 818 min 606,52 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 803 milyon 144,30 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti