Azərbaycan ilk dəfə Özbәkistana neft ixrac edib
- 16 fevral, 2024
- 12:42
Azərbaycan ilk dəfə olaraq Özbәkistana xam neft ixrac etməyə başlayıb.
Bu barədə “Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu ilin yanvar ayında Azərbaycandan Özbəkistana 893,2 ton xam nəql edilib. Orta Asiya ölkəsinə göndərilən xam neft məhsulunun ümumi dəyəri 434,09 min ABŞ dolları təşkil edib.
Ümumilikdə isə yanvarda Azərbaycan 10 ölkəyə xam neft tədarük edib.
Bu ilin yanvar ayında Azərbaycan 1 milyon 462 min 278,29 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. İxrac edilən xam neftin dəyəri 863 milyon 453,88 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Ticarət dövriyyənin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.