Azərbaycan ilə “Lukoil” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə “Lukoil” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Prezident İlham Əliyev Davosda şirkətin rəhbəri ilə görüşüb
Energetika
20 Yanvar , 2016 22:42
Azərbaycan ilə “Lukoil” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

"Report"un məlumatına görə, görüşdə qeyd olunub ki, “Lukoil” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. Şirkət uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Lukoil” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə “Lukoil” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi