Azərbaycan bu il Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazar olub

Energetika
  • 25 noyabr, 2024
  • 12:56
Azərbaycan bu il Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazar olub

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 261 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 18 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə oktyabrda Gürcüstan Azərbaycandan 21,52 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir il əvvələ nisbətən 52 % azdır.

Bu ilin 10 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 472 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 9,6 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 618 milyon ABŞ dolları, Bolqarıstandan 136 milyon ABŞ dolları, Rumıniyadan 134 milyon ABŞ dolları, Türkiyədən 68 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.