Azərbaycan Gürcüstanın neft və neft yağları aldığı əsas bazarlardan biridir

Energetika
  • 23 dekabr, 2024
  • 10:29
Azərbaycan Gürcüstanın neft və neft yağları aldığı əsas bazarlardan biridir

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq 1 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,19 milyard ABŞ dolları dəyərində 1 milyon 436 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 13 % və 12 % çoxdur.

Bu ilin 11 ayında Gürcüstana Rusiyadan 472 milyon ABŞ dolları dəyərində 630 min ton, Bolqarıstandan 154 milyon ABŞ dolları dəyərində 180 min ton, Rumıniyadan 150 milyon ABŞ dolları dəyərində 185 min ton, Türkiyədən 69,6 milyon ABŞ dolları dəyərində 68 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.