Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib

Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib ​Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib
Energetika
10 Mart , 2020 14:34
Azərbaycan fevralda gündəlik 750,6 min barel neft hasil edib
google.az

2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barel olub. Bunun 667,4 min barelini xam neft, 83,2 min barelini kondensat təşkil edib. 

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, gündəlik 530,3 min barel xam neft, 79,6 min barel kondensat, 12,4 min barel neft məhsulları ixrac edilib.

Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Son xəbərlər

Orphus sistemi