Azərbaycan enerji ixracını 9 %-ə yaxın artırıb

Energetika
  • 15 sentyabr, 2023
  • 11:16
Azərbaycan enerji ixracını 9 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 530,6 milyon kVt/saat təşkil edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin 8 ay üzrə elektrik enerjisinə dair açıqladığı operativ məlumatlarda deyilir.

Məlumata əsasən, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 124,2 milyon kVt/saat və ya 8,8 % çoxdur.

Bu müddət ərzində ölkənin elektrik enerji idxalı isə 169,3 milyon kVt/saat olub ki, bu da 2022-ci ilin 8 ayı ilə müqayisədə 75 milyon kVt/saat və ya 1,8 dəfə çoxdur.

Avqustda isə elektrik enerjisinin idxalı 11,6 milyon kVt/saat, ixrac isə 253,5 milyon kVt/saat təşkil edib. Bu da 2022-ci ilin avqust ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 6,4 % çox 31,9 % az olub.

Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 406,4 milyon kVt/saat, idxalı isə 94,3 milyon kVt/saat olub. Ötən ilin avqust ayında isə elektrik enerjisinin idxalı 10,9 milyon kVt/saat, ixrac isə 372,4 milyon kVt/saat təkil edib.