“TANAP və “Türk axını” təbii qaz kəmərləri bir-birinə rəqib deyil. Əksinə, hər iki layihə bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”.
Bunu İstanbulda “Report”un Türkiyə müxbirinə açıqlamasında Azərbaycan Energetika naziri
“Türk axını” layihəsinin TANAP-a alternativ olmasından söhbət gedə bilməz. Bu layihələr paralel olaraq həyata keçiriləcək. Hər ikisi bölgənin - həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”, - nazir qeyd edib.
Rusiya qazının TANAP vasitəsilə nəqlinin mümkünlüyünə gəlincə, o qeyd edib ki, bu variant müəyyən mərhələlərdə mümkün olan ssenarilərdən biridir: “Hazırda bu barədə konkret nəsə demək çətindir. Düşünürəm ki, bütün ölkələrin istəkləri və imkanları olduqda mövcud infrastrukturdan istifadə etmək imkanı olacaq”.
Nazir həmçinin əlavə edib ki, Rusiya və Türkiyə arasındakı yeni qaz kəməri olan “Türk axını” region üçün önəmli layihədir və Azərbaycan əvvəldən bu layihəyə dəstəyini bildirib: “Biz düşünürük ki, bu layihə həm Rusiya, həm də Türkiyə üçün bir sıra məsələlərin həllində böyük rol oynayır. Bu layihə Türkiyənin enerji təhlükəsizliyini təmin etməyə, onun iqtisadi inkişafına öz töhfəsini verir. Layihə Rusiya üçün də önəmlidir”.
Nazir Azərbaycanın Türkiyə və Rusiya ilə əməkdaşlığından da danışaraq bildirib ki, Azərbaycan Türkiyə ilə enerji sahəsində böyük əməkdaşlıq həyata keçirir: “Azərbaycan bu günə qədər Türkiyədə ancaq enerji sektoruna 11,3 mlrd. dollar məbləğində investisiya yatırıb.
Vüsalə Abbasova