Azərbaycan daha iki ölkədən antifriz idxal etməyə başlayıb
- 26 oktyabr, 2022
- 06:12
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xaricdən 2,723 milyon ABŞ dolları dəyərində 1 min 896 ton antifriz gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,4 %, kəmiyyət olaraq – 28 % azdır.
Hesabat dövründə Rusiyadan 705,42 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40,8 % azalıb) 727,51 ton (-51,8 %), Almaniyadan 537,5 min ABŞ dolları dəyərində (-20,3 %) 205,76 ton (-32,5 %), Türkiyədən 466,24 min ABŞ dolları dəyərində (+78 %) 258,1 ton (+51 %), Ukraynadan 325,34 min ABŞ dolları dəyərində (+40,1 %) 359,9 ton (-0,7 %), Belçikadan 304,24 min ABŞ dolları dəyərində (+47 %) 115,1 ton (+7,6 %) məhsul idxal edilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliya və Rumıniyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 6,45 min ABŞ dolları dəyərində 0,5 ton və 0,03 min ABŞ dolları dəyərində 0,02 ton antifriz alınıb.