Azərbaycan daha bir ölkədən elektrik sayğacları tədarük etməyə başlayıb
- 06 fevral, 2025
- 08:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 7,7 milyon ABŞ dolları dəyərində 254 694 ədəd elektrik enerjisi sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 26 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 5,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 120 183 ədəd (-5 %), Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (+0,3 %) 134 222 ədəd (-38 %), İtaliyadan 10,7 min ABŞ dolları dəyərində (-78 %) 77 ədəd (-67 %), Rusiyadan 10,3 min ABŞ dolları dəyərində (-65 %) 131 ədəd (-46 %), Amerika Birləşmiş Ştatlarından 5,5 min ABŞ dolları dəyərində (-49 %) 2 ədəd (-87 %) cihaz alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Slovakiyadan tədarük (0,17 min ABŞ dolları dəyərində 1 ədəd) həyata keçirilib.