Azərbaycan daha 7 ölkəyə karbamid ixrac etməyə başlayıb

Energetika
  • 10 fevral, 2023
  • 06:01
Azərbaycan daha 7 ölkəyə karbamid ixrac etməyə başlayıb

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan 198,61 milyon ABŞ dolları dəyərində 335 min 381 ton karbamid ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 16,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Bolqarıstana 50,914 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 dəfə çoxdur) 91 min 866 ton (+16 dəfə), Rumıniyaya 33,235 milyon ABŞ dolları dəyərində (+5,8 dəfə) 64 min 131 ton (+3 dəfə), Hindistana 28,81 milyon ABŞ dolları dəyərində 52 min 662 ton, Braziliyaya 19,33 milyon ABŞ dolları dəyərində (-73 %) 21 min 478 ton (-89 %), Polşaya 11,858 milyon ABŞ dolları dəyərində 18 min 665 ton gübrə göndərib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentinaya, Böyük Britaniyaya, Hindistana, İspaniyaya, İsrailə, Polşaya və Yunanıstana tədarük həyata keçirilib.

Həmin ölkələrə müvafiq olaraq 11,285 milyon ABŞ dolları dəyərində 12 min 539 ton, 3,695 milyon ABŞ dolları dəyərində 7 min 540 ton, 416,21 min ABŞ dolları dəyərində 603,2 ton, 2,162 milyon ABŞ dolları dəyərində 4 min 554 ton və 1,937 milyon ABŞ dolları dəyərində 2 min 979 ton karbamid satılıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (8 ölkəyə) 118,525 milyon ABŞ dolları dəyərində 322,567 min ton karbamid göndərilib.