Azərbaycan Çinin "LONGi" şirkəti ilə günəş enerjisi istehsalı üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan Çinin "LONGi" şirkəti ilə günəş enerjisi istehsalı üzrə əməkdaşlığı müzakirə edib Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Çinin “LONGi Green Energy Technology Co., Ltd.” şirkəti ilə Azərbaycanda günəş enerjisi layihələrində iştirakı, əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə müzak
Energetika
4 İyun , 2024 12:37
Azərbaycan Çinin LONGi şirkəti ilə günəş enerjisi istehsalı üzrə əməkdaşlığı müzakirə edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Çinin “LONGi Green Energy Technology Co., Ltd.” şirkəti ilə Azərbaycanda günəş enerjisi layihələrində iştirakı, əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə müzakirələr aparıb.

"Report" AREA-ya istinadən xəbər verir ki, bu müzakirələr Agentliyin direktor müavini Kamran Hüseynovun “LONGi Green Energy Technology Co., Ltd.”nin Orta Şərq, Afrika və Türkiyə regionları üzrə baş direktoru Aleks Li ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanda həyata keçirilən "yaşıl enerji" layihələri barədə ətraflı məlumat verilib, bu xüsusda Çin şirkətlərinin rolundan bəhs edilib. Qarşı tərəf günəş panelləri texnologiyaları və istehsalı barədə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Son xəbərlər

Orphus sistemi