Azərbaycan Cənubi Koreyadan kerosin idxalını bərpa edib
- 29 dekabr, 2023
- 12:27
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 25,54 milyon ABŞ dolları dəyərində 25 min ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 99 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkmənistandan 10,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 15 min 952 ton (+3,7 dəfə), Belçikadan 10,2 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 6 min 499 ton (+2,5 dəfə), Türkiyədən 4,94 milyon ABŞ dolları dəyərində (+247 dəfə) 2 min 554 ton (+567 dəfə), Koreya Respublikasından 74,14 min ABŞ dolları dəyərində 31,31 ton, Amerika Birləşmiş Ştatlarından 24,24 min ABŞ dolları dəyərində (+52 %) 7,14 ton (+11 dəfə) məhsul alıb.
Azərbaycan 2 ilin tamamında Koreya Respublikasından kerosin yanacağının tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.