Azərbaycan bu ilin ilk yarısında elektrik enerjisi ixracından gəlirlərini 2 dəfədən çox artırıb

Azərbaycan bu ilin ilk yarısında elektrik enerjisi ixracından gəlirlərini 2 dəfədən çox artırıb Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan 54 606,24 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Energetika
21 İyul , 2018 16:01
Azərbaycan bu ilin ilk yarısında elektrik enerjisi ixracından gəlirlərini 2 dəfədən çox artırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan 54 606,24 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 507,5 min dollar və yaxud 2,2 dəfə çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 156 305,90 min kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk yarısına nisbətən 571 878,54 min kVt/saat və yaxud 97,85% yaxud 2 dəfə çoxdur.

Yanvar-iyun aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Son xəbərlər

Orphus sistemi